...

Formula 1 pilotlarının start düzülüşü müəyyənləşdi - SİYAHI

İdman Materials 24 İyun 2017 18:25
Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başa çatıb.
Formula 1 pilotlarının start düzülüşü müəyyənləşdi - SİYAHI

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başa çatıb.

Trend-in məlumatına görə, təsnifat mərhələsində 10 komandadan 19 pilot iştirak edib.

Yekunda pilotların start düzülüşü müəyyənləşib:

1. Luis Hamilton 1:40.593 (“Mercedes”)
2. Valtteri Bottas 1:41.027 (“Mercedes”)
3. Kimi Raykkonen 1:41.693 (“Ferrari”)
4. Sebastian Fettel 1:41.841 (“Ferrari”)
5. Maks Ferstappen 1:41.879 (“Red Bull Racing”)
6. Serxio Peres 1:42.111 (“Force India”)
7. Esteban Okon 1:42.186 (“Force India”)
8. Lans Stroll 1:42.753 (“Williams”)
9. Felipe Massa 1:42.198 (“Williams”)
10. Daniel Rikkiardo 1:43.414 (“Red Bull Racing”)
11. Daniil Kvayt 1:44.186 (“Toro Rosso”)
12. Karlos Sains 1:43.347 (“Toro Rosso”)
13. Kevin Maqnussen 1:43.796 (“Haas”)
14. Niko Hulkenberq 1:44.267 (“Renault”)
15. Paskal Verlayn 1:44.603 (“Sauber”)
16. Fernando Alonso 1:44.334 (“McLaren”)
17. Romen Qrojan 1:44.468 (“Haas”)
18. Markus Eriksson 1:44.795 (“Sauber”)
19. Stoffel Vandorn 1:45.030 ( “McLaren”)
20. Colyon Palmer ----- (“Renault”)

Qeyd edək ki, F.Alonso və S.Vandorn cərimələndikləri yarışa sonuncu sıralardan başlayacaqlar. C.Palmer isə yarışların sıralama turuna çıxa bilməyib. Belə ki, üçüncü sərbəst yürüş zamanı yanacaq sızması nəticəsində onun bolidində yanğın baş verib. Nəticədə mexaniklər bolidi sıralama turunadək hazırlaya bilməyiblər. Komanda sabah pilotun yarışa qatıla bilməsi üçün FIA-ya müraciət edəcək.

Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti