...

Mariana Vasileva: Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi artır

İdman Materials 18 Avqust 2017 16:06 (UTC +04:00)
Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi ildən-ilə artır
Mariana Vasileva: Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi artır
Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi ildən-ilə artır.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanın açıq çempionatında ölkə regionlarından rekord sayda gimnast iştirak edir: “Əvvəl bu yarışlarda yalnız Gəncə iştirak edirdisə, indi biz Kürdəmir və Zirəni də görürük. Regionlar doğrudan da inkişaf edir və bu çox yaxşıdır. Biz bu gün milli komandada yeni nəsil gimnastları görürük. Onlar bir müddət əvvəl hazırlanmış proqramlarla çıxış edirlər. Ümumilikdə biz artıq yeni mövsümə hazırlaşmağa başlamışıq. Yaxın zamanlarda dünya çempionatı baş tutacaq. Orada Azərbaycanı Zöhrə Ağamirova və Ayşən Bayramova təmsil edəcək”.

M.Vasileva qeyd edib ki, bir sıra gimnastlar “böyüklər” kateqoriyasına keçib: “Böyüklərin proqramında yeni adlar yoxdur. Bu, ötən il yeniyetmələr arasında iştirak edən gimnastlardır. Yelizaveta Luzan, Dərya Fərşbafşəhriyari, Nərminə Səmədova və Arzu Cəlilova – bu gimnastlar 2018-ci il Avropa çempionatına hazırlaşacaq idmançılardır”.

Baş məşqçi onu da əlavə edib ki, bu çempionatda başqa ölkələrdən də idmançılar iştirak edir: “Turnirdə Yeni Zelandiya idmançıları və bu ölkədən beynəlxalq kateqoriyalı hakimlər iştirak edir. Onlar yarışın təşkilatçılıq səviyyəsindən razılığını bildirib. Ötən həftə Bakıda Avstraliya və ABŞ milliləri təlim-məşq toplanışı keçirib. Gələn həftə buraya Türkiyənin yeniyetmə gimnastları, eləcə də misirli gimnastlar gələcək”.

Bundan başqa o, Zirə gimnastlarının inkişafını qeyd edib: “İyunun 1-i keçirilən turnirdə “Zirə” klubunun idmançısı qalib gəldi. İlk dəfə onlar Bakı gimnastlarını keçərək bir yaş kateqoriyasında qalib oldular”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti