...

Akrobatlarımız Rusiyada qızıl və gümüş medallar qazandılar

İdman Materials 11 Sentyabr 2017 11:19 (UTC +04:00)
7-9 sentyabr tarixlərində Rusiyanın Veliki Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.
Akrobatlarımız Rusiyada qızıl və gümüş medallar qazandılar

Bakı. Trend:

7-9 sentyabr tarixlərində Rusiyanın Veliki Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil etmək üçün Rusiyaya yollanan yığma komandamızın üzvləri uğurlu çıxışlar nümayiş etdirərək 3 medal qazanıblar. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev-Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400), gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.

13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz yalnız Almaniya komandasından geri qalaraq 85.450 xalla gümüş medal qazanıblar.

Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.

Sonuncu medal sevincini qadın qrupumuz yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti