Bakı. Trend:
Son 40 il ərzində ilk dəfə Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlər səsvermə olmadan məlum olacaq.
Trend-in məlumatına görə, buna son illərdə Olimpiya Oyunlarını qəbul etməkdən imtina edənlərin sayının artması səbəb olub.
Son üç Qış Olimpiya Oyunları digər qitələrdən namizədlər olmadığı üçün Asiya şəhərlərinə verilib.
Hazırda Peruda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçirilir.
Bu iclasda 2024-cü il Yay Olimpiya Oyunlarının Parisə, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesə verilməsi nəzərdə tutulur.
Sonuncu dəfə Olimpiya Oyunlarının keçirildiyi şəhər səsvermə olmadan 1978-ci ildə seçilmişdi. O zaman 1984-cü il Yay Olimpiya Oyunları Los-Ancelesə həvalə olunmuşdu.