...

"Neftçi”nin zədələnmiş qapıçısı əməliyyat olunmadı

İdman Materials 3 Oktyabr 2017 15:20 (UTC +04:00)
"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin əməliyyat edilməsinə ehtiyac olmayıb.
"Neftçi”nin zədələnmiş qapıçısı əməliyyat olunmadı

Bakı. Trend:

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin əməliyyat edilməsinə ehtiyac olmayıb.

Trend-in "Neftçi"nin saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl "sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunacağı deyilən təcrübəli futbolçu "Neftçi” PFK-nın artıq 2 ildən çoxdur əməkdaşlıq etdiyi Avropanın lider klinikalarından olan "Acıbadem Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü. Lakin orada müayinə olunandan sonra bu sahədə Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin birgə rəyinə görə əməliyyata ehtiyac görülməyib.

S.Ağayevin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadem Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb. "Neftçi” PFK-nın rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq S.Ağayevə baş çəkməyi planlaşdırır.

Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti