...

Zinəddin Zidan "FİFA" versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib

İdman Materials 24 Oktyabr 2017 04:10 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi fransalı Zinəddin Zidan "FİFA" versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib. Mükafatladırılma mərasimi Londonda keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Z.Zidan 2016-17 mövsümündə "Real Madrid" klubu ilə İspaniya "La Liqa"sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və "UEFA" Superkubokunun qalibi olub.

Qeyd edək ki, Zinəddin Zidan "FİFA" versiyası ilə ötən ildə ən yaxşı baş məşqçi adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti