...

Prosineçki millidən getdi - Müqavilə uzadılmadı

İdman Materials 26 Oktyabr 2017 19:38 (UTC +04:00)
Robert Prosineçki ilə müqavilə uzadılmayıb
Prosineçki  millidən getdi - Müqavilə uzadılmadı

Bakı. Trend:

Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA-dan Trend-ə verilən məlumata görə, Assosiasiya rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsini 10 xalla 5-ci pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti