...

AZFAR "Biznes liqa" qrup mərhəsinin ikinci turu start götürür – Birinci turdan maraqlı məqamlar

İdman Materials 3 Noyabr 2017 17:00 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
AZFAR "Biznes liqa" qrup mərhəsinin ikinci turu start götürür – Birinci turdan maraqlı məqamlar

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Sabah Azfar “Şəfa” stadionunda Biznes liqasının qrupp mərhələsinin ikinci turun oyunları başlayacaq. ASEP şirkətinin təşkilatçı heyyəti və könüllülər dəstəsi iki gün ərzində 30-dan çox komandanı qəbul etməyə hazırlaşır. Şənbə günü 14 komandanın oyunları baş tutacaq. “Bakcell” və “Smart System” komandalarının keçirəcəyi oyun texniki səbəblərdən təxirə salınıb. Təşkilatçılarının istəyi ilə, Azfar Group şirkətinin qapalı meydançaları bir az dəyişdərək, izləyicilər üçün dayanacaq yerləri artırıldı.

Azarkeşlər ilk turun oyunlarını böyük maraq ilə qarşıladılar. Gələcək mövsüm üçün, təşkilatçılar azarkeşləri oturacaq yerləri ilə təmin edəcəkləri barədə düşünürlər. Azarkeşlər üçün stadionun nəzdində kafe fəaliyyət göstərir, hər kəs oyunların gedişatını kafedə yerləşdirən monitorlar vasitəsi ilə izləyə bilərlər.

Qeyd edək ki, şənbə günü ATV kanalında 23:15-də, ABL Cup 2017/18 çempionatının gündəliyinin ilk buraxılışı yayımlanacaq. Buraxılışda, çempionatın ilk turunun ən maraqlı məqamları əks olunacaq.

Birinci turun nəticələrinə yekun vuraraq, keçirilən oyunlardan ilk seçilən oyunçuları görmək mümkündür.

İlk turun ən yaxşı bombardiri və assistenti kimi, iki oyunçunu qeyd etmək istərdik. "Azersun" komandasından Eyyub Əfəndiyev və "İteca" komandasının oyunçusu Elçin Cuvarov, 5 qol və 3 məhsuldar ötürmə ilə ən yaxşı bombardir kimi, Fərəc Fərzəliyev isə 5 məhsuldar ötürmə ilə birinci turun ən yaxşı assistenti kimi qeyd olundular.

Seçilənlər siyahısında Emin Əliyev "Gilan Holdinq" 4 qol ilə yer aldı. “Port of Baku” komandasının qapıçısı Vüqar Mehdiyev, “Buta Palace” komandasının qapıçısı Müslüm Müslümzadə, “Gilan Holdinq” komandasının qapıçısı Elvin Gülmuradov birinci tur ərzində qapılarının toxunulmazlığını əzmlə qorudular.

Komanda təsnifatında "Port Baku", "Azərsun" və "Iteka" komandaları qol və məhsuldar ötürmə sayında liderlik mövqesindədirlər.

Bütün oyunlar öz növbəsində maraqlı keçdi, az sayda sarı və qırmızı kartların verilməsi, oyunların dostluq mühitində keçdiyinə sübutdur. Belə davam edərsə, “Fair Play” mükafatına layiq olan komandanı müəyyənləşdirmək çox çətin olacaq.

“AzeColab” və “City Taxi” komandalarının keçirdiyi oyunun marağı, izləyiciləri son ana qədər gərginlik həddində saxladı. Yalnız “GTSolutions” və “Norm Sement” komandaları arasında gərgin keçən oyun 2-2 hesabı ilə bitdi. Gate Baku komandası birinci turu, texniki məğlubiyyət ilə kifayətlənməli oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti