...

"Real" uduzdu və İspaniya Kubokundan kənarda qaldı

İdman Materials 25 Yanvar 2018 03:36 (UTC +04:00)
"Real Madrid" komandası İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Leqanes"i qəbul edib.
"Real" uduzdu və İspaniya Kubokundan kənarda qaldı

Bakı. Trend:

"Real Madrid" komandası İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Leqanes"i qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Xavyer Eraso (31-ci dəqiqə) və Qabriel (55-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərindən Kərim Benzema seçilib (51-ci dəqiqə).

Xatırladaq ki, komandalar arasında ilk oyun yanvarın 18-i baş tutmuşdu və "Real"ın 1:0 hesablı qələbəsi ilə bitmişdi.

Beləliklə, səfərdə vurulan qolların hesabına "Leqanes" komandası İspaniya Kubokunun yarımfinalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti