...

Karate üzrə Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız Avropa çempionatına yollanıb

İdman Materials 31 Yanvar 2018 20:27 (UTC +04:00)
Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız 2-4 fevral tarixlərində Rusiyanın Soçi şəhərində Avropa çempionatında iştirak edəcək.
Karate üzrə Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız Avropa çempionatına yollanıb

Bakı. Trend:

Karate üzrə Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız 2-4 fevral tarixlərində Rusiyanın Soçi şəhərində Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Baş katib MirHəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıb.

Məşqçilər heyəti bu məsul yarışda 27 idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Fərid Ağayev (-52 kq), Əminağa Əliyev (-57 kq), Tale Yaqubov (-63 kq), Polina Hurenko (-47 kq), Fidan Dadaşova (-47 kq) və Ayla Rzazadə (+54 kq), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) 14-15 yaşlı yeniyetmələr arasında döyüşəcək.

16-17 yaşlı gənclərin yarışında Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) və Ceyhun İismayılov (kata), 18-20 yaşlı gənclərdə isə Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq), Fəridə Əliyeva (+67 kq) və Roman Heydərov (kata) mübarizə aparacaq.

Soçidə 14-18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclə arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti