...

Karateçimiz Bratislavada qızıl medal aldı (FOTO)

İdman Materials 12 Mart 2018 13:21 (UTC +04:00)
M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.
Karateçimiz Bratislavada qızıl medal aldı (FOTO)

Bakı. Trend:

14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən son Avropa çempionatının mükafatçıları Polina Hurenko (-47 kq) və Mədinə Sadıqova (-48 kq), eləcə də Elmir Aşurov (-55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.

Karateçilərimiz bu ilin ikinci yarısı Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlıqları davam etdirəcək. Mayda Bolqarıstanda Yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün idmançılarmızın daha bir yarışa qatılmaları nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti