...

Olimpiya çempionu Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib

İdman Materials 15 Mart 2018 18:51 (UTC +04:00)
İdman gimnastikası üzrə halqalarda hərəkətlərdə Olimpiya çempionu, yunanıstanlı Elefterios Petrunias Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib
Olimpiya çempionu Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib

Bakı. Maksim Tsurkov - Trend:

İdman gimnastikası üzrə halqalarda hərəkətlərdə Olimpiya çempionu, yunanıstanlı Elefterios Petrunias Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib.

Bu barədə Trend-ə idmançı özü deyib.

O bildirib: “2014-cü ildən bəri bu mənim proqramıma edilən ilk dəyişikliklər idi. Dünya Kubokunda mənim əsas məqsədim çətinləşdirilmiş proqramı sınaqdan keçirmək idi. Mən bu sınağın öhdəsindən gəldim, xoşbəxtəm ki, hər şey yaxşı alındı”.

Qeyd edək ki, E.Petrunias halqalarda hərəkətlər üzrə 15,400 xal yığaraq təsnifatın yekununda birinci yeri tutub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti