Bakı. Trend:
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, Londonda “Arsenal” İtaliyanın “Milan” klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. London təmsilçiləri turnirin ¼ final mərhələsinə yüksəliblər.
Qollar: Hakan Çalhanoğlu – 35’; Dani Uelbek – 39’, 86’; Qranit Caka – 71’
Xatırladaq ki, komandalar arasında ilk oyun 2:0 hesabı ilə “Arsenal”ın xeyrinə bitmişdir.
Daha bir oyun Fransada keçirilib. Moskva ÇSKA-sı səfərdə “Lion” üzərində 2:3 hesablı qələbə qazanıb. Qollar: Aleksandr Qolovin – 39’; Maksvel Korne – 58’; Əhməd Musa – 60’; Pontus Vernblum – 65’; Mariano Diaz – 71’.
Komandalar arasında ilk oyun “Lion”un xeyrinə yekunlaşıb. Səfərdə vurulan qolların sayına görə, növbəti mərhələyə ÇSKA adlayıb.