...

Komandanın yeni üzvü: Azərbaycanda idmançılar üçün gözəl şərait yaradılıb

İdman Materials 16 Mart 2018 18:41 (UTC +04:00)
Azərbaycan idmançılar üçün gözəl şərait yaradır
Komandanın yeni üzvü: Azərbaycanda idmançılar üçün gözəl şərait yaradılıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan idmançılar üçün gözəl şərait yaradır.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan milli komandasının yeni üzvü Dariy Morozov deyib.

Yanvar ayında komandaya qatılmış D.Morozov öz təəssüratlarından danışıb:

“Mən özüm Rusiyada, Moskvada doğulub böyümüşəm. Azərbaycan millisində iştirak etməyə məni yanvarda dəvət etdilər, razılıq verdim və iki günə toplanıb Bakıya gəldim. Burada məni mehribanlıqla qarşıladılar. Mən məşqçi heyətindən, idmançılara yaradılan şəraitdən, bir sözlə hər şeydən çox razıyam”.

İdmançı qeyd edib ki, öz çıxışından razı qalıb:

“Bu, mənim ilk iri yarışımdır, ona görə də bir qədər həyəcan var. Yenə də mən öz çıxışımdan razıyam, məşqçi də razıdır. Növbəti yarış böyük ehtimalla Avropa çempionatı olacaq. Orada mən altı növün hər birində çıxış edəcəyəm”.

D.Morozov həmçinin azarkeşlərə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparırlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılıblar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar bu gün daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayırlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti