...

Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

İdman Materials 23 Aprel 2018 13:28 (UTC +04:00)
10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.
Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

Bakı. Trend:

10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.

Bir həftəlik toplantında həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşqələlər nəzərdə tutulub.

İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçirəcək.

Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq.

Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti