...

Rusiya gimnastı "AGF Junior Trophy"də gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb (FOTO)

İdman Materials 24 Aprel 2018 14:24 (UTC +04:00)
Rusiya gimnastı Darya Trubnikova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb.
Rusiya gimnastı "AGF Junior Trophy"də gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiya gimnastı Darya Trubnikova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, idmançı 16,700 xal toplayıb.

Bu növdə gümüş medalı Bolqarıstan gimnastı Tatyana Volojanina (15,650 xal), bürünc medalı İsrail təmsilçisi Valeriya Sotskova (15,650 xal) qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti