Bakı. Trend:
30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək.
Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və sərbəst güləşçilər mübarizəyə qoşulacaq.