...

Finlandiya gimnastı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

İdman Materials 27 Aprel 2018 14:06 (UTC +04:00)
Bakı Milli Gimnastika Arenası sadəcə möhtəşəmdir.
Finlandiya gimnastı: Bakı Milli Gimnastika Arenası möhtəşəmdir

Bakı. Ənvər Məmmədov - Trend:

“Bakı Milli Gimnastika Arenası sadəcə möhtəşəmdir”.

Bunu Trend-ə Finlandiya gimnastı İnessa Rif deyib.

O bildirib ki, Bakıya ikinci dəfə gəlir. Öz çıxışı barədə danışan gimnast deyib ki, çıxışından çox razı qalmayıb, amma qalan iki növdə nəticələrini yaxşılaşdırmaq niyyətindədir:

“Mən iki dəfə səhvə yol verdim, ona görə də çıxışımdan çox razı deyiləm. Amma bu çıxış əvvəlki yarışlardan daha yaxşı olub. İnanmıram ki, bugünkü çıxışlar nəticəsində finala çıxa bilim. Amma sabah qalan iki növdə daha yaxşı çıxış edib finala çıxmağı ümid edirəm”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti