...

Bakıda Formula 1-də ilk qəza: bolidlərdən biri sıradan çıxdı (FOTO)

İdman Materials 27 Aprel 2018 13:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə ilk qəza qeydə alınıb.

Trend-in məlumatına görə, "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qəza törədib. Niderlandlı pilot dönmə zamanı idarəetməni itrirərək bolidini baryerə çırpıb. Maşında tüstüləmə baş verib.

Qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.

Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.

Beləliklə M.Ferstappen yürüşü davam etdirə bilməyib və onun bolidi trekdən kənarlaşdırılıb.

Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti