Bakı. Elçin Mehdiyev – Trend:
Bakıda Formula 2-nin birinci əsas yarışında ikinci qəza baş verib.
Trend-in məlumatına görə, bu dəfə "Campos Vexatec Racing" komandasının digər ikinci pilotu, israilli Roy Nisaninin idarə etdiyi bolid də təhlükəsizlik divarına çırpılaraq sıradan çıxıb.
Bolid xüsusi qurğu vasitəsilə trasdan kənarlaşdırılıb.