...

ShamkirChess 2018:Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi oldu

İdman Materials 28 Aprel 2018 15:28 (UTC +04:00)
Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub.
ShamkirChess 2018:Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi oldu

Bakı. Trend:

Norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub.

ShamkirChess 2018 superturnirinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkirdə təşkil olunan yarışın sonuncu – IX turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb. Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen həmkarları üçün əlçatmaz olub. Bununla da dünya çempionu üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi adını qazanıb.

Qeyd edək ki, dünya çempionu 2014 və 2015-ci illərdə də ShamkirChess 2018 superturnirində çempionluq sevinci yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti