...

Tamaşaçı: Bu cür idman yarışlarının keçirilməsi idmançıları gələcək uğurlara ruhlandırır

İdman Materials 28 Aprel 2018 17:29 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kuboku kimi vacib idman yarışlarının keçirilməsi ölkədə idmanın inkişafına xidmət edir və idmançıları gələcək uğurlara ruhlandırır
Tamaşaçı: Bu cür idman yarışlarının keçirilməsi idmançıları gələcək uğurlara ruhlandırır

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kuboku kimi vacib idman yarışlarının keçirilməsi ölkədə idmanın inkişafına xidmət edir və idmançıları gələcək uğurlara ruhlandırır.

Bunu Trend-ə Dünya Kubokunun tamaşaçısı Leyla Quliyeva deyib.

O vurğulayıb ki, yarışların təşkilatçılığı yüksəkdir və tamaşaçı kimi o, hər şeyi bəyənir:

“Biz azərbaycanlı gimnastlara qələbələr və heç vaxt təslim olmamağı arzu edirik”.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Yarışların ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Ötən gün Azərbaycanın gimnastika yığması qrup hərəkətlərində finala yüksəlib. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasileva təsnifatda 17,150 xal yığaraq altıncı yerə çıxıblar ki, bununla da finala düşməyə müvəffəq olublar.

Fərdi yarışlarda isə bu gün Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti