...

Gimnastımız İtaliyadan gümüş medalla qayıdır

İdman Materials 29 Aprel 2018 12:31 (UTC +04:00)
Gimnastımız İtaliyadan gümüş medalla qayıdır.
Gimnastımız İtaliyadan gümüş medalla qayıdır

Bakı. Trend:

İtaliyanın Breşiya şəhərində batut gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə təmsilçilərimiz arasında ən yaxşı nəticə sinxron proqramda olub. Belə ki, Svetlana Makştaryova və Veronika Zemlyanayadan ibarət cütlüyümüz 46.090 xalla finala vəsiqə qazanıblar və yekun nəticədə 7-ci yerlə kifayətləniblər.

Kubok ilə yanaşı, həmin şəhərdə yeniyetmələr arasında beynəlxalq turnir də baş tutub. 15 ölkədən idmançıların qatıldığı yarışda Azərbaycan gimnastı adını medalçılar sırasına yazdırmağa müvəffəq olub. Millimizin üzvü Selcan Mahsudova fərdi proqramını uğurla yerinə yetirərək, turnirin gümüş medalına sahiblənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti