...

Yeniyetmələr arasında stolüstü tenniis üzrə Liqa oyunları başa çatıb

İdman Materials 23 May 2018 15:57
Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə bu ilin fevral ayından start götürən stolüstü tennis üzrə liqa yarışlarının final mərhələsi başa çatıb.
Yeniyetmələr arasında stolüstü tenniis üzrə Liqa oyunları başa çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə bu ilin fevral ayından start götürən stolüstü tennis üzrə liqa yarışlarının final mərhələsi başa çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, komanda xarakteri daşıyan yarışlar yüksək liqada 6 oğlan və 6 qız, standard liqada isə 12 oğlan və 7 qız komandası arasında keçirilib.

I liqa üzrə qızlar arasında “İdeal” komandası I, “Feniks” komandası II, “Pilot” komandası III yerə layiq görülüb. Oğlanlar arasında I yeri “İdeal”, II yeri “Qələbə-1”, III yeri isə “Feniks” komandası qazanıb.

II liqa üzrə qızlar arasında “Feniks-2” komandası I, “Buta” komandası II, “Atəşgah” komandası III yerə layiq görülüb. Oğlanlar arasında “Çıraqqala” komandası I, “İdeal-2” komandası II, “Atilla” komandası 3 yerə çıxıb.

Qaliblərə Stolüstü Tennis Federasiyasının mükafatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti