...

Zidan "Real"dan getdi

İdman Materials 31 May 2018 15:47 (UTC +04:00)
"Real" futbol klubunun baş məşqçisi Zinəddin Zidan istefa verdiyini açıqlayıb.
Zidan "Real"dan getdi

Bakı. Orxan Nəbiyev - Trend:

"Real" (Madrid) futbol klubunun baş məşqçisi Zinəddin Zidan istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, o bu barədə Santyaqo Bernabeuda keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, istefa qərarını "Real"ın yeni qələbələrə ehtiyacı olduğu üçün açıqlayıb.

Qeyd edək ki, Z.Zidan 2016-cı ilin yanvarından "Real"a rəhbərlik edirdi. Bu müddət ərzində o, bir dəfə İspaniya çempionu adını qazanıb və 3 dəfə ard-arda Çempionlar Liqasında qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti