Bakı. Trend:
Sabah Ankarada Azərbaycan və Türkiyə Səmti Müəyyənetmə Federasiyalarının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilati dəstəyi ilə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçiriləcək.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasından Trend-ə verilən məlumata görə, Ankarada yerləşən Heydər Əliyev adına parkda baş tutacaq yarışda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, federasiyanın nümayəndə heyəti, federasiya prezidenti Mirəli Kazımov, vitse-prezident Pərvin Şərifov, baş katib Zaur Seyidov, idarə heyətinin üzvü Xəyyam Məmmədov və eləcə də milli komandanın idmançıları Süleyman Əliyev, Sevda Verdiyeva və Rəna Abaszadə iştirak edəcəklər.
Uzun, orta və qısa məsafələr üzrə təşkil ediləcək yarışda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunacaq.