Bakı. Cani Babayeva - Trend:
Azərbaycanda idmanın inkişafına, gənc idmançıların hazırlanmasına böyük diqqət ayrılır.
Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Ülviyyə Vəliyeva deyib.
O deyib: “Fikrimcə, bu gün yarışlarda iştirak edən gənc idmançılar gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək”.
Onun sözlərinə görə, Milli Gimnastika Arenasında idmançılar üçün bütün şərtlər yaradılıb:
“Arenada yarışların təşkili çox yaxşıdır, idmançılar bütün lazımi şərtlər yaradılıb. Mənim qızım bu gün yarışlarda iştirak edir və mən onu dəstəkləməyə və gimnastların çıxışlarından zövq almağa gəlmişəm”.
Qeyd edək ki, avqustun 10-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.
Turnir avqustun 12-dək davam edəcək.