...

Tamaşaçı: Azərbaycanda gimnastika sürətlə inkişaf edir

İdman Materials 11 Avqust 2018 17:05 (UTC +04:00)
Azərbaycanda gimnastika sürətlə inkişaf edir
Tamaşaçı: Azərbaycanda gimnastika sürətlə inkişaf edir

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanda gimnastika sürətlə inkişaf edir.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Səbinə Ramazanova deyib.

O, deyib: "Mənim qızım bədii gimnastika ilə məşğul olur, açıq-aşkar görünür ki, idmanın bu növü ildən-ilə inkişaf edir. Məşqçilər uşaqlarla dayanmadan çalışır".

S.Ramazanova bildirib ki, bədii gimnastikanı çox sevdiyi üçün qızını da məhz idmanın bu növünə yazdırıb:

"Bu, idmanın ən gözəl növüdür, burada hər şey var - incəsənət, lütf, hisslər, hər şey pozitivə doğru. Uşağa da bu, xoş gəlir".

Milli Gimnastika Arenasında keçirilən idman yarışları barədə tamaşaçı qeyd edib ki, təşkilatçılıq yüksək səviyyədədir, yarışlar maraqlı, şən və pozitiv keçir:

"Biz həmişə Milli Gimnastika Arenasına yüksək zövqlə gəlirik".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti