...

La Liqada birinci turun mərkəzi qarşılaşması başa çatıb

İdman Materials 21 Avqust 2018 00:32 (UTC +04:00)
İlk turun mərkəzi matçında “Valensiya” “Atletiko”nu sınağa çəkib
La Liqada birinci turun mərkəzi qarşılaşması başa çatıb

Bakı. Tural Turan - Trend:

İlk turun mərkəzi matçında “Valensiya” “Atletiko”nu sınağa çəkib. Trend-in məlumatına görə, görüşdən əvvəl ev sahibi “Valensiya” klubu qonaqlar üçün “şərəf dəhlizi” təşkil ediblər. Buna səbəb “Atletiko”nun UEFA Superkubokuna sahib çıxması olub.

Görüşdə hesabı 26-cı dəqiqədə qonaqlar açıb. Korrea adını tabloya yazdırıb. Lakin ev sahibi “Valensiya” ikinci hissədə tarazlığı bərpa edə bilib. İspaniyalı hücumçu Rodriqo 56-cı dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti