...

Çinli idmançıdan üzgüçülükdə yeni rekord

İdman Materials 22 Avqust 2018 14:42 (UTC +04:00)
İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb
Çinli idmançıdan üzgüçülükdə yeni rekord

Bakı. Trend:

İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb.

Trend-in məlumatına görə, o, 26,98 saniyəyə bu məsafəni qət edib.

Bundan əvvəlki rekord digər çinli idmançı Çjao Tszinə məxsus olub. O, 2009-cu ildə 50 metr məsafəni 27,06 saniyəyə dəf etmişdi.

Qeyd edək ki, Asiya Oyunları Cakartada davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti