...

Bakıda FIG Akademiyasının aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı (FOTO)

İdman Materials 24 Avqust 2018 10:07 (UTC +04:00)
Bakıda FIG Akademiyasının aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlanıb.
Bakıda FIG Akademiyasının aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlandı (FOTO)

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyasının 13-20 avqust tarixlərində Bakıda təşkil etdiyi aerobika gimnastikası üzrə yerli məşqçilər üçün Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının 1-ci dərəcəyə aid məşqçilik kurslarının nəticələri açıqlanıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, həm nəzəriyyə, həm də təcrübə hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Olqa Kiselovoçeva (Slovakiya), Desislava Boquşeva (Bolqarıstan) və aerobika gimnastikası üzrə millimizin baş məşqçisi, eyni zamanda FIG-nin mütəxəssisi Mariyan Kolev tərəfindən keçirilib.

7 gün davam etmiş kurslarda 10 yerli məşqçi - Vladimir Dolmatov, Aleksandra Qorobçuk, Emil Quliyev, Nərminə Hüseynova, İmran İmranov, Cəmilə İsmayılova, Mələk Kərimova, Elçin Məmmədov, Alfiya Mantova və Firuzə Sadıqova ilə yanaşı, Ukrayna, Rusiya və Özbəkistandan gəlmiş 5 məşqçi də iştirak edib. Seminarın son günü keçirilmiş imtahanın nəticələrinə əsasən, bütün iştirakçılar kursları müvəffəqiyyətlə başa vuraraq məşqçilik üzrə ilkin - 1-ci beynəlxalq dərəcəyə sahibləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti