...

Bakıda FIG Konqresində parkurun gimnastika növlərinin siyahısına salınması məsələsi qaldırılacaq (FOTO)

İdman Materials 29 Avqust 2018 19:11 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyası (FIG) hər zaman böyük məmnuniyyətlə Bakıda müxtəlif tədbir və yarışlar təşkil edir.
Bakıda FIG Konqresində parkurun gimnastika növlərinin siyahısına salınması məsələsi qaldırılacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Gimnastika Federasiyası (FIG) hər zaman böyük məmnuniyyətlə Bakıda müxtəlif tədbir və yarışlar təşkil edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə FIG-nin baş katibinin müavini Nikolya Bumpen deyib.

O qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası öz vəzifəsini sadəcə möhtəşəm yerinə yetirir: "Bu federasiyanın gimnastika tədbirlərinin keçirilməsi üçün çox gözəl infrastrukturu və əla təşkilatçılıq qabiliyyəti var. Biz növbəti dəfə bura gəldiyimizə görə çox şadıq".

N.Bumpen bildirib ki, cari səfər Bakıda FIG Konqresinin təşkili məsələləri ilə bağlıdır:

"Bildiyiniz kimi, noyabrın axırı, dekabrın əvvəllərində Bakıda FIG-nin Konqresi keçiriləcək, burada bir çox maraqlı məsələlər müzakirə olunacaq. FIG-nin prezidenti Morinari Vatanabe müxtəlif cinayət və səhvlərdən əziyyət çəkən gimnastlara yardım məqsədilə müstəqil fond yaratmaq istəyir. Bu, Konqresin əsas mövzularından biri olacaq. Bundan başqa, Konqresin qarşısında parkur idman növünün gimnastika növlərinin siyahısına daxil edilməsi məsələsinin qaldırılması dayanır. Açığı, parkurun Bakıda populyar olub-olmadığını bilmirəm. Həmçinin bir sıra təşkilati məsələlər həll olunacaq".

Qeryd edək ki, Yaponiyanın paytaxtı Tokioda FIG-nin seçki xarakterli 81-ci Konqresində qəbul edilmiş qərara əsasən, növbəti toplantının təşkili ilk dəfə Azərbaycan Gimnastika Federasiyasına tapşırılıb.

2018-ci ilin 2-3 dekabr tarixində Bakıda təşkil olunacaq FIG-nin ali orqanı sayılan Konqresində sözügedən quruma üzv olan federasiyaların nümayəndələri və Şura üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, 2017-ci ildə paytaxtımız FIG-nin Şura iclasını da qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti