...

Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb (FOTO)

İdman Materials 30 Avqust 2018 14:36 (UTC +04:00)
Ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.
Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti