...

Polo üzrə Avropa çempionatında Azərbaycan millisindən növbəti qələbə müjdəsi (FOTO)

İdman Materials 22 Sentyabr 2018 16:41 (UTC +04:00)
İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir.
Polo üzrə Avropa çempionatında Azərbaycan millisindən növbəti qələbə müjdəsi (FOTO)

Bakı. Trend:

İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inam­lı qələ­bə­sini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güc­lü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka­fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti