...

Mariana Vasileva: Azərbaycan gimnastlarının uğurları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük diqqətinin nəticəsidir

İdman Materials 25 Oktyabr 2018 18:23 (UTC +04:00)
Azərbaycan gimnastlarının uğurları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük diqqətinin nəticəsidir.
Mariana Vasileva: Azərbaycan gimnastlarının uğurları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük diqqətinin nəticəsidir

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastlarının uğurları və nailiyyətləri Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünün inkişafına göstərdiyi böyük diqqətin nəticəsidir.

Bunu Trend-ə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarının qalibləri və iştirakçılarının qarşılanması mərasimində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib ki, Azərbaycan gimnastı Yelizaveta Luzanın qarışıq komandaların yarışında qızıl medal qazanması faktı ilə qürur duyur:

“Yelizaveta Luzan gənc, perspektivli gimnastdır. Kifayət qədər təcrübəli olmasa da, hesab edirəm ki, xeyli yaxşı çıxış edib. Yelizaveta başa düşür ki, qazanılmış medal onu daha çox və qətiyyətlə işləməyə vadar edəcək. Bu, digər qızlar üçün də stimuldur”.

M.Vasileva əlavə edib ki, Y.Luzan indi növbəti mövsümə hazırlaşır:

“İndi biz çalışmaları dəyişməliyik, o, gənc kateqoriyadan böyük kateqoriyaya keçir. Onu Azərbaycan millisində yer uğrunda mübarizə gözləyir. Dörd yer uğrunda altı gimnast mübarizə aparacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti