...

Qurban Qurbanovdan növbəti rekord

İdman Materials 29 Oktyabr 2018 18:19 (UTC +04:00)
Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.
Qurban Qurbanovdan növbəti rekord

Bakı. Trend:

Premyer Liqanın IX turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.

Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Q.Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti