...

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin ikinci günü başlayıb

İdman Materials 3 Dekabr 2018 12:37 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin ikinci günü başlayıb
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin ikinci günü başlayıb

Bakı. Trend:

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin ikinci günü başlayıb.

Trend-in məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.

Konqresin birinci günündə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinlənilib.

Tədbirdə qurumun rüblük maliyyə planı da təsdiqlənəcək. Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə edilib, bundan başqa, növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunub. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılıb.

Qeyd edək ki, Konqresdən əvvəl noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti