...

Şahmat üzrə Azərbaycan çempionunun adı məlum olub (FOTO)

İdman Materials 25 Yanvar 2019 09:09 (UTC +04:00)
Yanvarın 24-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.
Şahmat üzrə Azərbaycan çempionunun adı məlum olub (FOTO)

Bakı. Trend:

Yanvarın 24-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.

Trend-in məlumatına görə, 9 turdan 6,5 xal toplayan Məhəmməd Muradlı ölkə çempionu adını qazanıb. Aktivində 6,5 xal olan İsmayıl Şahəliyev ikinci yeri tutub. Ülvi Bacarani isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 5-ci turdan liderliyi əldən verməyən İsmayıl Şahəliyev sonuncu turda Nail Bəşirliyə məğlub olduğu üçün çempionluğu əldən verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti