...

İspaniya La Liqası: “Real Madrid” də səfərdə qələbə qazandı

İdman Materials 28 Yanvar 2019 01:51 (UTC +04:00)
İspaniya La Liqasının 21-ci turunda “Espanyol” doğma meydanda “Real Madrid”i qəbul edib.
İspaniya La Liqası: “Real Madrid” də səfərdə qələbə qazandı

Bakı. Tural Turan - Trend:

İspaniya La Liqasının 21-ci turunda “Espanyol” doğma meydanda “Real Madrid”i qəbul edib. Trend-in məlumatına görə, oyun qonaqların 2:4 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 4-cü dəqiqədə Benzema açıb. 15-ci dəqiqədə Ramos hesabı artırıb. 25-ci dəqiqədə ev sahibləri Baptistaonun qolu ilə hesab arasında fərqi azaldıblar. 45-ci dəqiqədə isə Benzema ikinci qolunu vurub.

67-ci dəqiqədə Beyl qol vuraraq hesabı artırıb. Varan 72-ci dəqiqədə qırmızı vərəqə almaqla “Real Madrid”i azlıqda qoyub.

Bununla da, “Real Madrid” 39 xalla üçüncü, “Espanyol” isə 24 xalla 15-ci pillədə məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti