...

İspaniya Kuboku: “Barselona” doğma meydanda “Sevilya” klubuna dərs keçdi (VİDEO)

İdman Materials 31 Yanvar 2019 02:56 (UTC +04:00)
İspaniya Kubokunun ¼ mərhələsinin cavab matçında “Barselona” klubu doma meydanda “Sevilya”nı qəbul edib.
İspaniya Kuboku: “Barselona” doğma meydanda “Sevilya” klubuna dərs keçdi (VİDEO)

Bakı. Tural Turan - Trend:

İspaniya Kubokunun ¼ mərhələsinin cavab matçında “Barselona” klubu doma meydanda “Sevilya”nı qəbul edib.

Trend-in məlumatına görə, oyun ev sahibi komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda "Barselona"dan Koutinyo (13-cü və 53-cü dəq.), Rakitiç (31-ci dəq.), S.Roberto (54-cü dəq.), Suares (89-cu dəq.) və Messi (92-ci dəq.) fərqləniblər. "Sevilya"dan isə 67-ci dəqiqədə Arana fərqlənib.

Qeyd edək ki, 27-ci dəqiqədə "Sevilya"nın yarımmüdafiəçisi Baneqa rəqibin qapısına təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyib.

Xatlırladaq ki, birinci görüş "Sevilya"nın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

"Barselona" bu qələbə ilə növbəti mərhələyə adlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti