...

İspaniya La Liqası: “Barselona” doğma meydanda “Valensiya” ilə bacara bilmədi

İdman Materials 2 Fevral 2019 23:58 (UTC +04:00)
İspaniya La Liqasının 22-ci turunda “Barselona” doğma meydanda “Valensiya”nı qəbul edib
İspaniya La Liqası: “Barselona” doğma meydanda “Valensiya” ilə bacara bilmədi

Bakı. Tural Turan - Trend:

İspaniya La Liqasının 22-ci turunda “Barselona” doğma meydanda “Valensiya”nı qəbul edib. Trend-in məlumatına görə, oyun 2:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı 24-cü dəqiqədə Qameyro açıb. 32-ci dəqiqədə isə Parexo penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları hesabda irəli çıxarıb. Lakin 39 və 63-cü dəqiqələrdə Messi dubl etməklə oyunda tarazlığı bərpa edib.

Bununla da, “Barselona”nın qələbə seriyasına son qoyulub və hazırda 50 xalla birinci yerdə, “Valensiya” isə 30 xalla 7-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti