...

İspaniya Kuboku: "Real" səfərdə "Barselona" ilə heç-heçə etdi (VİDEO)

İdman Materials 7 Fevral 2019 02:35 (UTC +04:00)
"Real Madrid" klubu İspaniya Kubokunun yarımfinal oyunu çərçivəsində "Barselona"nın qonağı olub.
İspaniya Kuboku: "Real" səfərdə "Barselona" ilə heç-heçə etdi (VİDEO)

Bakı. Trend:

"Real Madrid" klubu İspaniya Kubokunun yarımfinal oyunu çərçivəsində "Barselona"nın qonağı olub.

Trend-in məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Real"ın heyətində qolu 6-cı dəqiqədə Lukas Vaskes vurub, "Barselona"dan isə Malkolm fərqlənib (57-ci dəqiqə).

Qeyd edək ki, bu oyuna qədər "Real" və "Barselona" İspaniya Kubokunda 33 görüş keçiriblər, onlardan 12-də madridlilər, 14-də isə kataloniyalılar sevinib, 7 oyun heç-heçə ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması fevralın 27-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti