...

"Barselona" səfərdə "Real"ın qapısından 3 cavabsız qol keçirdi, İspaniya Kubokunun finalına yüksəldi

İdman Materials 28 Fevral 2019 02:27 (UTC +04:00)
"Real Madrid" futbol klubu İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Barselona"nı qəbul edib.
"Barselona" səfərdə "Real"ın qapısından 3 cavabsız qol keçirdi, İspaniya Kubokunun finalına yüksəldi

Bakı. Trend:

"Real Madrid" futbol klubu İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Barselona"nı qəbul edib.

Trend-in məlumatına görə, "Santiaqo Bernabeu" stadionunda keçirilən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunşalıb. Meydan sahibinin qapısından 3 cavabsız qol keçirən kataloniyalılar Kubokun finalın mərhələsinə yüksəliblər.

Oyunda hesabı 50-ci dəqiqəbə Luis Suarez açıb. Oyunun 69-cu dəqiqəsində Rafael Varan avtoqolla yadda qalıb - 0:2. Nəhayət, 73-cü dəqiqədə Luis Suarez madridlilərin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirməklə dubla imza atıb və "oyunun son nöqtəsini qoyub".

Beləliklə, "Barselona" komandası İspaniya Kubokunun final mərhələsinə yüksəlib.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç heçə ilə yekunlaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti