Bakı. Trend:
İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi hücumçu Qaret Beyli satmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu qərarı klubun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan qəbul ediblər. "Kral klubu" oyunçunu 175 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, Beyl 2013-cü ilin yayında "Real"a "Tottenhem"dən transfer edilib. Futbolçu ilə bağlanan müqavilə 2022-ci ildə qüvvədən düşür.