...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ən yaddaqalan məqamlar (FOTO)

İdman Materials 27 Aprel 2019 16:34 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü davam edir.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ən yaddaqalan məqamlar (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü davam edir.

Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Trend yarışın ikinci günündən ən maraqlı, yaddaqalan məqamları əks etdirən fotoları təqdim edir:

FOTO: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti