...

Avropa Liqası: "Çelsi" heç-heçə edib, "Arsenal" qələbə qazanıb

İdman Materials 3 May 2019 01:09 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının yarımfinal oyunları keçirilib
Avropa Liqası: "Çelsi" heç-heçə edib, "Arsenal" qələbə qazanıb

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının yarımfinal oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk oyunda İngiltərənin "Çelsi" klubu Almaniyanın "Ayntraxt" klubunun qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qollar: L.Yoviç (23-cü dəqiqə), Pedro (45-ci dəqiqə).

Digər oyunda İspaniyanın "Valensiya" klubu İngiltərənin "Arsenal" klubunun qonağı olub. Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: M.Diahabi (11-ci dəqiqə), A.Lakazet (18-ci və 26-cı dəqiqələ), P.Obameyanq (90+1-ci dəqiqə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti