...

AGF-nin baş katibi: Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir (FOTO)

İdman Materials 14 May 2019 19:26 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılışı mərasimi gözləyir
AGF-nin baş katibi: Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir.

Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, mayın 16-da Milli Gimnastika Arenasında başlayan turnir dörd gün davam edəcək:

“Yarışların ilk günündə möhtəşəm açılış mərasimi baş tutacaq. Tamaşaçılar gimnastların parlaq çıxışlarının şahidi olacaqlar. Açılış mərasimindən sonra yeniyetmə komandalar arasında çıxışlar başlayacaq. Bütün gimnastika həvəskarlarını Avropa çempionatına dəvət edirik”.

Baş katib qeyd edib ki, Avropa çempionatında Azərbaycanı ötən ay Bakıda keçirilmiş “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərmiş komanda təmsil edəcək:

“Böyük gimnastlara gəldikdə isə, Azərbaycanı fərdi çıxışlarda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək. Zöhrə Ağamirova son yarışlarda finala yüksələ bilib. Gimnastlarımız Avropa çempionatına ciddi hazırlaşır, onlardan yaxşı çıxışlar gözləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti