...

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

İdman Materials 25 May 2019 10:18 (UTC +04:00)
Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır
Rusiyalı gimnast: Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında hər tərəfdən müsbət enerji yayılır. Bunu Trend-ə rusiyalı gimnast Anton Kolobov deyib.

A.Kolobov gənclər arasında kişilərin fərdi proqramında finala çıxıb: “Öz çıxışımdan razı qaldım. Planlaşdırdığım hər şey alındı. Səhvlər əlbəttə ki, var idi, amma onları da düzəldəcəyəm. Avropa çempionatında yarışlara hazırlaşmaq üçün zəruri şərait yaradılıb”.

Gimnast vurğulayıb ki, Milli Gimnastika arenası böyük və gözəldir, burada hər şey rahatdır.

Qeyd edək ki, mayın 24-ü Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Bu gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti