...

Eden Azar "Real Madrid"də

İdman Materials 8 İyun 2019 00:31 (UTC +04:00)
Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar İngiltərənin "Çelsi" klubundan İspaniyanın "Real Madrid" klubuna transfer olub
Eden Azar "Real Madrid"də

Bakı. Trend:

Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar İngiltərənin "Çelsi" klubundan İspaniyanın "Real Madrid" klubuna transfer olub.

Trend-in məlumatına görə, "Real Madrid" klubu rəsmi olaraq transferi təsdiq edib və 2024-cü ilə qədər oyunçu ilə müqavilə imzaladığını bildirib.

Daha əvvəl "Çelsi" klubu E.Azarı "Real Madrid"ə bonuslar da daxil olmaqla 130 milyon funt qarşılığında satacağını bildirmişdi.

"Real Madrid"də futbolçunun təqdimatı tibbi testdən sonra iyunun 13-ü "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti