...

"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

İdman Materials 20 İyul 2019 16:19 (UTC +04:00)
"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir.
"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

Bakı. Trend:

"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir.

Trend-in məlumatına görə, paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. Bildirilir ki, "Roma" 31 yaşlı idmançını 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Bu barədə klublar anlaşsa da, İquainin təklifi qəbul etmədiyi qeyd edilir. "Yuventus"un təcrübəli futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadacağı və icarəyə göndərməyə razı salacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti